Xidmətlərimiz

Dinamik İnkişaf

Bölgələrimiz
Yol üzərində yerləşdirilən reklam daşıyıcıları hər zaman sərnişinlərin və avtomobilçilərin diqqətini cəlb edir. Müxtəlif şəhərlərdə transporant, bilbord, laytboks və s. biri-birindən fərqlənir. Reklamın şəridlər üzərində yerləşdirilməsi şirkətin açılışı və ya şirkətin təqdim etdiyi yeni xidməti barədə məlumat vermək və ya qonaqların gəlişini, tədbirlərin həyata keçirilməsi bildirmək üçün ən optimal və diqqət cəlb edən vasitədir. Şəridlər üzərində reklamın digər üstünlüyü məlumatın bu reklam daşıyıcısının hər iki tərəfində yerləşdirilə bilməsidir. Binaların damlarında yerləşdirilən eksklüziv təqdimat qurğulardır. Çox vaxt neon və daxili işıqlandırmadan istifadə etməklə yaradılır. Bu ən nüfuzlu reklam növlərindən biri sayılır. Dam qurğusunun yerləşdirilməsi şirkətə reklam verənə özünü bazarda uzun müddət qalmağı planlaşdıran inkişaf etmiş şirkət kimi tanıtmağa imkan yaradır. Qeyri-məhdud ölçüləri və bu reklam daşıyıcılarının demək olar ki, şəhərin bütün hissələrində yerləşdirilə bilməsidir. Brandmauerlərin ölçüləri çox müxtəlif ola bilər. Bu divarın ölçüsündən və reklam verənin maliyyə imkanlarından asılıdır. Brandmauerlərin ayrıca satılması reklamın yalnız lazımi nöqtələrdə yerləşdirilməsinə imkan verir. Marketinq sahəsindəki mütəxəssislər qeyd edirlər ki, hərəkət edən reklam – reklamın ən vacib növüdür. Bu növ brendin ilk baxışdan tanınmasına imkan yaradaraq sizin sabit imicinizi və yeni müştərilərinizi zəmanətli olaraq təmin edir. Biz sizə bu reklam növü üzrə kompleks xidmət təklif edirik. Dizayn, texnologiyanın və materialların seçilməsi, reklam təsvirinin hazırlanması və köçürülməsi. Reklamın hazırlanmasından başqa, biz sizə nəqliyyat şirkətlərinin vasitələrində, marşrut taksilərində və bələdiyyə nəqliyyatında reklam kampaniyalarının keçirilməsini təklif edə bilərik. Biz yüksək keyfiyyətə, materialların və texnologiyaların uyğunluğuna, dəqiq icraya və müasir servis xidmətinə zəmanət veririk.